Hörmüz boğazına doğru gedən gəmilər geri dönüş etdi


Hörmüz boğazına doğru gedən bəzi yük gəmiləri və tankerlərin geri dönüş etdiyi görülüb.

Turkustan.az xəbər verir ki, İranın Ali Milli Təhlükəsizlik Şurası Hörmüz boğazındakı vəziyyət və ABŞ ilə danışıqlar və atəşkəs prosesi ilə bağlı verdiyi açıqlamada ABŞ-ın dəniz blokadası kimi vasitələrlə gəmilərin keçidini əngəlləməsinin "atəşkəsin pozulması" hesab ediləcəyini və İranın Hörmüz boğazının "şərti və məhdud" şəkildə açılmasının da qarşısını alacağını bildirib.

Beynəlxalq mediada yer alan xəbərlərə görə, İranın radio rabitə sistemi vasitəsilə gəmilərə göndərdiyi bildirişdə "ABŞ-ın danışıqlardakı öhdəliyini yerinə yetirməməsi səbəbindən İran Hörmüz boğazını yenidən bağladığını və heç bir növ və ya milliyyətə malik gəminin boğazdan keçməsinə icazə verilməyəcəyini" bildirilib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ