Şok İddia: Rusiya İrana İsrailin enerji hədəflərini verib


Rusiya İrana İsrailin həyati əhəmiyyətli enerji infrastrukturundakı hədəflərin siyahısını təqdim edib.

Turkustan.az xəbər verir ki, İsrailin "The Jerusalem Post" qəzetində Ukrayna kəşfiyyatına yaxın mənbəyə istinadən dərc edilən xəbərə görə, Rusiya kəşfiyyatı İrana İsraildəki həyati əhəmiyyətli enerji infrastrukturu ilə əlaqəli 55 hədəfdən ibarət ətraflı siyahı təqdim edib.

Moskva ilə Tehran arasında paylaşılan məlumatların İrana İsrailin enerji şəbəkəsinə raket hücumları etməyə imkan verdiyi bildirilir.

Hədəf alınan yerlər strateji əhəmiyyətinə görə üç kateqoriyaya bölünüb. Birinci kateqoriyaya milli enerji sistemini sıradan çıxara biləcək vacib istehsal müəssisələri; ikinci kateqoriyaya İsrailin mərkəzində yerləşən və əsas yaşayış məntəqələrinə xidmət göstərən sənaye və böyük şəhər enerji mərkəzləri; üçüncü kateqoriyaya isə sənaye ərazilərini dəstəkləyən yarımstansiyalar və kiçik elektrik stansiyaları da daxil olmaqla yerli infrastruktur daxil idi.

İsrailin Aralıq dənizi sahilində yerləşən ən böyük elektrik stansiyası olan Orot Rabin, 1-ci kateqoriya altında əsas hədəf olduğu bildirilir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ