İranda tarixi Azərbaycan şəhərləri də hədəfdə – hücumlar başladı


Son saatlarda ABŞ və İsrail Təbriz və Urmiya da daxil olmaqla bir neçə şəhərin hava limanlarına raket və pilotsuz uçuş aparatları ilə hücum edib.

Turkustan.az xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.

Bildirilir ki, Tehranın Məhraabad hava limanının yaxınlığında geniş yanğın və qalın tüstü yüksəlib:

“Tehranın qərbində yerləşən Məhraabad hava limanı ABŞ və İsrailin İrana qarşı müharibəsinin başlanmasından bəri bir neçə dəfə şiddətli hava hücumlarına məruz qalıb.

Eyni zamanda, İsrail ordusu genişmiqyaslı hücumda Tehranda Məhraabad, Bahram və Azmayesh hava limanları daxil olmaqla üç hava limanını hədəf aldığını, onlarla təyyarə, vertolyot və hərbi infrastrukturu məhv etdiyini açıqlayıb.

Qərbi Azərbaycan vilayətində isə, fövqəladə hallar üzrə Baş İdarə rəisi Hamed Səfəri bildirib ki, Urmiya hava limanı və digər bir neçə nöqtə, o cümlədən Xoy, raket hücumlarının hədəfi olub.

Bundan əlavə, müxtəlif mənbələr İsfahan vilayətində Kaşan hava limanına hücum edildiyini bildirirlər”, – deyə qeyd edilib. /Globalinfo.az/


MANŞET XƏBƏRLƏRİ