Osman Həmdi Bəyin tarixi əsəri rekord qiymətə satıldı


Dünya şöhrətli Gebze əsilli rəssam Osman Həmdi bəyin 135 il əvvəl yaratdığı rəsm əsəri İngiltərədə təxminən 220 milyon türk lirəsinə satılıb. Türküstan.az xəbər verir ki, Osman Həmdi bəyin “Məscid qapısında” adlı tablosu bu yaxınlarda İngiltərədə keçirilən hərracda satılıb.

Əskihisardakı evi və muzeyində hələ də bərpa işləri davam edən Osman Həmdi bəy əsərləri ilə diqqət mərkəzində olmağa davam edir. Onun “Tısbağa təlimçisi”, “Quran oxuyan qız”, “Mehrab”, “Silah taciri”, “İki musiqiçi qız” kimi əsərləri həm milli, həm də dünya sənət tarixində ikonik əsərlər hesab olunur. Onun “Məscid qapısında” əsəri də böyük tarixi əhəmiyyətə malikdir.

Sənət mütəxəssisləri Osman Həmdi bəyin “Məscid qapısında” tablosunu belə şərh edirlər: “Məscid qapısında” tablosu Bursadakı Muradiyə məscidinin əsas girişini təsvir edir”.

Rəsmdə paltar geyinmiş müsəlman qadınları təsvir edilib. Ancaq üzləri açıqdır, əllərində çətir var. Bu, rəssamın kompozisiyasını tarixi deyil, müasir kimi xarakterizə etməyə imkan verir. Pilləkənlərdə oturan gülümsəyən oğlan və qız səhnəyə şən ab-hava qatır. Bu uşaqlar Həmdinin iki övladı Leyla (1878-1956) və Edhemdir (1892-1957).

Görünür, rəssam rəsmdəki küçə itlərini təsvir etmək üçün fotoşəkildən istifadə edib. İtlərdən ikisi Abdullah Freresin "les chiens errants de Cons ple" (Konstantinopolun sahibsiz itləri) adlı fotoşəkilindən kopyalanıb. Həmdi bəy Qərb şərqşünaslarının rəqabət edə bilmədiyi orijinal toxunuş üçün məscid və türbələrin interyerlərində xəttatlıqdan istifadə edirdi. Bu rəsmdə də var.

Tahirə Nur


MANŞET XƏBƏRLƏRİ