ABŞ–İran danışıqları: 45 günlük atəşkəs üçün diplomatik səylər artır


ABŞ, İran və regional vasitəçilər davamlı razılaşmaya zəmin yaratmaq məqsədilə 45 günlük atəşkəsin şərtlərini müzakirə edir.

Turkustan.az xəbər verir ki, ABŞ-da fəaliyyət göstərən “Axios” platforması məsələ ilə tanış olan dörd mənbəyə istinadən bildirir ki, tərəflər atəşkəs rejiminin təmin olunması istiqamətində səylərini davam etdirir.

Mənbələrin sözlərinə görə, 48 saat ərzində razılıq əldə etmək mümkün olmayıb. Bununla belə, təşəbbüs müharibənin daha da genişlənməsinin qarşısını almaq üçün son şans kimi qiymətləndirilir.

Bildirilir ki, vasitəçilər iki mərhələli razılaşma üzərində işləyir. Birinci mərhələ 45 günlük atəşkəsi əhatə edir. Bu müddət ərzində isə daimi razılaşmaya nail olmaq üçün danışıqlar aparılması planlaşdırılır.

Mənbələr qeyd edir ki, proses Türkiyə, Misir və Pakistanlı vasitəçilərin iştirakı ilə həyata keçirilir. Danışıqlar həmçinin ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkov ilə İranın xarici işlər naziri Abbas Əraqçi arasında mesaj mübadiləsi vasitəsilə davam etdirilir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ