“İrəvanda anlayırlar ki, Avrasiya İqtisadi İttifaqına (Aİİ) və Avropa İttifaqına (Aİ) eyni vaxtda üzv olmaq mümkün deyil”.
Turkustan.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.
O bildirib ki, gec-tez Ermənistan seçim etməli olacaq:
“Amma hazırda ölkə rəhbərliyi hesab edir ki, Aİİ-də qalmağa heç nə mane olmur. Əgər vəziyyət dəyişsə, onlar bunu dəyərləndirib qərar verəcəklər”.
Peskov bu yanaşmanı Ermənistanın suveren mövqeyi adlandırıb.
O, həmçinin qeyd edib ki, Aİİ-yə üzvlük Ermənistana iqtisadi baxımdan fayda verir və inkişafına kömək edir”. /Globalinfo.az/