Bakıda təhlükəli vəziyyət: Üç qurum birgə məlumat yaydı


Bibiheybət yolunda torpaq sürüşməsi təhlükəsi yaranıb, hərəkət qismən məhdudlaşdırılıb.

Turkustan.az xəbər verir ki, bu barədə AAYDA, FHN və DİN-nin Mətbuat xidmətlərinin birgə məlumatında deyilir.

“Aramsız yağan yağışlar nəticəsində Səbail rayonu, Bibiheybət yolunun keçdiyi ərazidə torpaq sürüşməsi təhlükəsi yaranmışdır. Yaranmış vəziyyət nəzərə alınaraq, hərəkət iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə qeyd olunan avtomobil yolunda nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq qismən məhdudlaşdırılmışdır.

Sürücülərdən alternativ olaraq “20-ci sahə” adlanan ərazi vasitəsilə hərəkət etməklə köhnə Salyan şossesindən istifadə etmələri xahiş olunur.

Hazırda ərazi nəzarətdə saxlanılır, vəziyyətin stabilləşdirilməsi və yolun təhlükəsiz istismarı üçün aidiyyəti qurumlarla birgə müvafiq tədbirlər görülür”, məlumatda deyilir.


MANŞET XƏBƏRLƏRİ