Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 6-da Gürcüstana gedib.
Turkustan.az xəbər verir ki, Tiflis şəhərinin Şota Rustaveli Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili və digər rəsmi şəxslər qarşılayıblar.