Evləri sökülən vətəndaşların nəzərinə - Aldanmamaq üçün bunu mütləq edin


“Evlərini əvəzləşmə qaydasında MTK-ya verən (evimi sök amma mənə yeni binada ev ver) vətəndaşlar şirkətlə aralarında bağlanan müqavilədə, evin hansı formada təmir olunacağını, ora hansı avadanlıqların, mebellərin quraşdırılacağını dəqiq göstərməlidirlər”.

Turkustan.az-ın xəbərinə görə, bunu vəkil Fərhad Mehdiyev bildirib.

O vurğulayıb ki, vətəndaşlar tikinti şirkətləri ilə bağladıqları müqavilədə onlara veriləcək mənzildə yer alacaq bütün əşyaları mütləq şəkildə qeyd etməlidir:

“Təmirli ev verəcəkdir” ifadəsi qeyri-müəyyəndir. “tam təmirli” ifadəsi də. Məsələn, hamama kafel vuracaq, amma əlyuyan, unitaz qoyacaqmı? Döşəmə laminat olacaq ya taxta? Bunları müqavilədə göstərin. Hazırda bununla bağlı bir məhkəmə işi aparılır”./yenisabah.az


MANŞET XƏBƏRLƏRİ