Reutersin yüksək vəzifəli İran rəsmisinə istinadən yaydığı məlumata görə, İranın yeni lideri Müctəba Xamenei gərginliyin azaldılması ilə bağlı təklifləri rədd edib.
Turkustan.az xəbər verir ki, onun sözlərinə görə, “bu, sülh üçün uyğun vaxt deyil. İsrail və ABŞ məğlub edilməlidir. Bizə kompensasiya ödənilməlidir.”
Qeyd olunur ki, bu açıqlama regionda vəziyyətin daha da gərginləşə biləcəyi ilə bağlı narahatlıqları artırır və yaxın zamanda diplomatik həll ehtimalını zəiflədir.
Aytən Yaşar/ Turkustan.az