İrandakı müharibə bu ölkəyə də sıçradı: Onlarla ölü var


ABŞ və İsrailin 28 fevralda İrana qarşı başlatdığı hərbi əməliyyatlar bölgədəki təhlükəsizlik balansını kökündən dəyişdirdi.

Turkustan.az xəbər verir ki, münaqişənin 13-cü günündə İran İsrail ərazisinə genişmiqyaslı raket hücumu etdi. Təl-Əviv də daxil olmaqla, ölkədəki bir çox strateji yerlər hədəfə alındı ​​və İsrail hava hücumundan müdafiə sistemlərinin gərgin səylərinə baxmayaraq, sirenlər səslənməyə davam etdi.

İraqda Xalq Səfərbərlik Qüvvələrinə (Həşd əş-Şabi) məxsus mövqelərə edilən gecə hava hücumlarında 39 nəfər həlak olub.

İraqın qərbində , Suriya sərhədi yaxınlığında yerləşən Ənbar əyalətinin Akkaşat bölgəsində Xalq Səfərbərlik Qüvvələrinin (XSQ) 19-cu Briqadasına məxsus qərargah ABŞ döyüş təyyarələri tərəfindən ağır bombardman edilib. Yerli mənbələr ilkin qiymətləndirmələrə görə, hücum nəticəsində 35 XSQ üzvü həlak olub, 90-dan çoxu yaralanıb. Qərargahın tamamilə dağıldığı və dağıntılar altında qalanlar səbəbindən ölənlərin sayının arta biləcəyi ilə bağlı narahatlıqlar olduğu bildirilib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ