Bir tərəfdən vurur: Bir tərəfdən də çempionata çağırır


ABŞ Prezidenti Donald Tramp İran yığmasının dünya çempionatında iştirakına etiraz etməyib.

Turkustan.az xəbər verir ki, bu barədə FIFA prezidenti Canni İnfantino bildirib.

O, dünya çempionatına hazırlıqla bağlı vəziyyətini müzakirə etmək üçün Donald Trampla görüşüb.

İnfantinonun sözlərinə görə, həm də İrandakı mövcud vəziyyət və İranın dünya çempionatında iştirakı məsələsi barədə danışıblar:

“Tramp vurğuladı ki, İran yığması ABŞ-da keçiriləcək mundialda iştirak edə bilər”.

Qeyd edək ki, Yaxın Şərqdə ABŞ və İsraillə müharibə fonunda İran millisinin dünya çempionatında iştirak etməyəcəyi ehtimalı yaranıb.

Xatırladaq ki, 2026-cı il futbol üzrə dünya çempionatı ilk dəfə üç ölkədə - Kanada, ABŞ və Meksikada keçiriləcək. /Cebheinfo.az/


MANŞET XƏBƏRLƏRİ