Vaşinqtonda Tramp və Epşteynin qucaqlaşdığı heykəl ucaldıldı


“Gizli Əl Görüşmə” adını istifadə edən, lakin kimlikləri açıqlanmayan sənətçilər Donald Tramp və cinsi cinayətkar Jeffrey Epşteyni qucaqlaşarkən təsvir edən heykəli ABŞ milli parkında quraşdırıblar.

Turkustan.az xəbər verir ki, satirik instalyasiya Titanik filmindəki məşhur gəmi səhnəsinə istinad edir.

Təxminən 3,6 metr hündürlüyündə olan qurğunun üzərində Tramp və Epşteyn arasındakı əlaqəni istehzalı şəkildə təsvir edən yazı yerləşdirilib.

Sprey boya ilə qızılı rəngə boyanmış əsərdə Trampın Epşteynin arxasında dayanıb Vaşinqton abidəsinə baxması, filmin əsas personajları Cek və Rouzla eyni pozada təsvir olunub.

Heykəl ilə Kapitoli binası arasında Tramp və Epşteynin birlikdə çəkilmiş şəklinin əks olunduğu və üzərində "Amerikanı yenidən təhlükəsiz edin" şüarı olan 10 ayrı plakat var, lakin Ədliyyə Nazirliyinin emblemi və "ədalət" sözü çıxarılıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ