Fransa xarici işlər naziri Jan-Noel Barro ABŞ-İsrail hücumları ilə bağlı bildirib ki, ölkəsi bu müharibəni nə təsdiqləyib, nə də orada iştirak edib.
Turkustan.az xəbər verir ki, Barrot France 2 və France Inter radiolarının birgə proqramında çıxışı zamanı Yaxın Şərqdəki son hadisələri müzakirə etdi.
ABŞ-İsrail hücumları ilə bağlı Barrot bildirib ki, "Biz bu müharibəni təsdiqləmirik və iştirak etmirik!".
Barrot, dizel və benzin qiymətlərinin artmasının qlobal iqtisadiyyat üçün risk yaratdığını vurğulayaraq, hərbi gərginliyin sürətlə azalmasına və bölgədəki münaqişələrə son qoyulmasına çağırdı.
İranın bölgədəki mövqeyini tamamilə dəyişdirəcəyinə dair gözləntilərini ifadə edən Barrot, "İranın sabitliyi pozan və təhlükəli bir qüvvə olmaqdan çıxacağını gözləyirik" dedi.
Aytən Yaşar/ Turkustan.az