Rusiya: Ukrayna böhranının həlli ilə bağlı danışıqlar İstanbulda keçirilə bilər


Kremlin sözçüsü Dmitri Peskov Ukrayna böhranının həlli üçün danışıqların İstanbulda keçirilə biləcəyini bildirib və əlavə edib ki, "bütün tərəflər buna müsbət yanaşır".

Turkustan.az xəbər verir ki, Peskov paytaxt Moskvada jurnalistlərə cari məsələlərlə bağlı açıqlamalar verib.

Ukrayna böhranının həlli üçün İstanbulda yeni danışıqlar mərhələsinin keçirilməsi ehtimalını şərh edən Peskov deyib: "İstanbul variantı mövcuddur. Bütün tərəflər buna müsbət yanaşır. Mövcud şərtlər Əbu-Dabi variantını nəzərdən keçirməyə imkan vermir. Hələlik danışıqların yeni mərhələsi ilə bağlı heç bir əminlik yoxdur. Danışıqlar prosesinin davam edəcəyi barədə anlaşma var".

Peskov Ukrayna ordusunun dünən Bryansk şəhərinə hücumda Britaniya istehsalı olan "Storm Shadow" qanadlı raketlərindən istifadə etdiyini qeyd edərək, bunun Britaniya mütəxəssislərinin dəstəyi ilə edildiyini əlavə edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ