Müctəba Xamenei necə və nə vaxt yaralanıb? - ABŞ detalları açıqladı


İranın yeni Ali Lideri Müctəba Xameneinin xəstəxanada olduğu barədə məlumat vermişdik.

Turkustan.az Publika.az-a istinadən xəbər verir ki, onun necə və nə vaxt yaralandığı barədə məlumat yayılıb. Bu haqda "The New York Times" qəzeti yazıb.

Məlumata görə, Müctəba Xamenei 28 fevralda İsrail və ABŞ-ın hücumlarının ilk günündə yaralanıb.

"Xamenei həmin gün ayağından xəsarət alıb, lakin təhlükəsiz bir yerə sığına bilib", - deyə nəşrin mənbələri bildirib.

Qeyd edək ki, məlumatda Xameneinin xəsarətlərinin dərəcəsi və başqa təfərrüatlar açıqlanmır.

Xatırladaq ki, İranın Ekspertlər Şurası Əli Xameneinin oğlu Müctəba Xameneini martın 8-də İslam Respublikasının yeni Ali Lideri təyin edib.


MANŞET XƏBƏRLƏRİ