Sünnilik və ya şiəlik yoxdur, yalnız islam var! - Ərdoğan


Bizim sünnilik və ya şiəlik kimi bir dinimiz yoxdur. Yalnız bir dinimiz var, o da islamdır!

Turkustan.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Bu müharibə qızışıb bütün regionu alovlandırmadan dayandırılmalıdır. Diplomatiyaya şans verilərsə, buna nail olmaq əlbəttə ki, mümkündür.

Təəssüf ki, qadınlar, uşaqlar, yaşlılar və mülki şəxslər arasında heç bir fərq qoymadan, hadisələrə görə heç bir məsuliyyət daşımayan bütöv bir xalqın ağır bədəl ödəməyə məcbur edildiyini görürük”, - Ərdoğan bildirib./axar.az


MANŞET XƏBƏRLƏRİ