ABŞ prezidenti Donald Tramp İranın gələcək liderini seçmək istəyir. O, ABŞ-ın İranın növbəti liderinin seçilməsində iştirak etməli olduğunu bildirib. Tramp vurğulayıb ki, “yaxşı lider” vəzifəsinə bir neçə namizəd var və ABŞ prosesdə iştirak etməklə uzunmüddətli sabitliyi təmin etmək istəyir.
Turkustan.az xəbər verir ki, Tramp bu barədə "Reuters" və "NBC News"a verdiyi müsahibədə bildirib.
Tramp İranın növbəti liderinin müharibədə öldürülən Ali Rəhbər Ayətullah Əli Xameneinin oğlunun olacağına inanmadığını bildirib: “İranla birlikdə bu şəxsi də seçməli olacağıq”.
Tramp İran hakimiyyətinin gələcək varisliyini Venesuela nümunəsi ilə müqayisə edib. Yanvar ayında ABŞ qoşunları diktator Nikolas Maduronu devirdikdən sonra ölkənin rəhbərliyində onun müavini Delsi Rodriqez qalmışdı. Tramp bildirib ki, ABŞ İranın gələcək liderinin seçilməsində iştirak etməli və xalq üçün “əla birini” təmin etməlidir.
Sürgündəki İran şahzadəsi namizədliyi barədə Tramp deyib: “Düşünürəm ki, hər kəsin şansı var. Hələ çox tezdir. Bəli, biz onları izləyirik.”
Xatırladaq ki, ABŞ ordusu fevralın 28-dən etibarən İranda 1700-dən çox hədəfə zərbə endirib. Tramp 3 martda bildirib ki, İran danışıqlar aparmaq istəsə də, “çox gec”dir. Bazar ertəsi günü o, Amerika qoşunlarının birbaşa İran ərazisinə yeridilməsi ehtimalını istisna etməyib./publika.az