Azərbaycan tezliklə İrandan cavab gözləyir - Ceyhun Bayramov


"Biz yaxın vaxtlarda İrandan cavab gözləyəcəyik".

Turkustan.az xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov moldovalı həmkarı Mixay Popşoi ilə birlikdə Bakıda keçirilən brifinqdə deyib.

“İran tərəfindən Azərbaycanın Naxçıvan ərazisinə dron hücumları edilmişdi. Bu qəbuledilməz hücumla bağlı həmkarıma məlumat verdim. Azərbaycanın mövqeyi açıq çatdırıldı. İranın səfiri XİN-ə çağırıldı, ona nota təqdim edildi, Azərbaycanın tələbləri çatdırıldı. İran XİN-lə bir neçə əlaqələrim olub. İran tərəfi məsələnin ciddi araşdırılacağını vəd edib. Biz təbii ki, yaxın vaxtlarda araşdırmanın cavab gözləyəcəyik”.

Xatırladaq ki, dünən İran İslam Respublikasının ərazisindən Naxçıvan Muxtar Respublikasına dron hücumları həyata keçirilib, 4 nəfər xəsarət alıb.


MANŞET XƏBƏRLƏRİ