Ölkəyə raket yağır: Qurbanların sayı artdı


Livanın Səhiyyə Nazirliyi bazar ertəsindən bəri ölkə daxilində İsrail hücumları nəticəsində ölənlərin sayının 77-yə çatdığını, 527 nəfərin yaralandığını açıqladı.

Turkustan.az xəbər verir ki, nazirlik hücumların xüsusilə ölkənin cənubundakı yaşayış məntəqələrində cəmləşdiyini bildirdi.

Səlahiyyətlilər bu gün baş verən hücumlarda ölənlərin sayının artdığını bildiriblər. İlkin məlumatlara görə, gün ərzində həyata keçirilən hücumlarda ən azı səkkiz nəfər ölüb. Ölənlər arasında Livanın cənubundakı Kfar Tebnit kəndində yaşayan eyni ailənin dörd üzvü də var .

İsrail ordusunun son günlərdə Livanın cənubunda bir neçə hava hücumu həyata keçirdiyi və bir neçə yaşayış məntəqəsini hədəf aldığı bildirilir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ