Pakistanda Xameneinin öldürülməsindən sonra komendant saatı tətbiq edildi


ABŞ-İsrail hücumlarında İran lideri Ayətullah Əli Xameneinin öldürülməsindən sonra başlayan etirazlardan sonra Pakistanın Gilgit-Baltistan bölgəsindəki Skardu şəhərində komendant saatı tətbiq edilib

Turkustan.az xəbər verir ki, “Dawn” qəzetinin məlumatına görə, ABŞ-İsrail hücumlarında Xameneinin öldürülməsindən sonra Gilgit-Baltistan bölgəsində etirazlar güclənib.

Bölgədəki Birləşmiş Millətlər Təşkilatının (BMT) ofislərinə hücum edən etirazçılar bir məktəbi və bir polis bölməsini də yandırıblar.

Gilgit-Baltistan polisi Skardu şəhərində komendant saatı tətbiq olunduğunu açıqladı.

Polis ictimai əmlakın qorunmasının bütün vətəndaşların vəzifəsi olduğunu bildirərək, təmkinli olmağa çağırdı.

Ərazidəki bütün xarici turistlər təhlükəsiz zonalara təxliyə edilib və bəzi yollar təhlükəsizlik səbəbi ilə nəqliyyatın hərəkəti üçün bağlanıb.

Gilgit-Baltistan bölgəsindəki mağazalar, bazarlar və biznes mərkəzləri bağlı qalıb və ticarət fəaliyyəti dayandırılıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ