Tehranda kritik hədəflər vuruldu: Dövlət televiziyası zərbə altında - VİDEO


İranın dövlət televiziyasının Tehrandakı ofisi ABŞ və İsrail tərəfindən zərbəyə məruz qalıb.

Turkustan.az xəbər verir ki, bu barədə İranın "Fars" agentliyi məlumat yayıb.

Məlumata görə, İran Dövlət Teleradio Şirkətinin binasının bir hissəsinə zərbə endirilib. Hadisənin təfərrüatı hələlik açıqlanmır.

"Al Hadath" telekanalının məlumatına əsasən, Tehranın şimal hissəsində yerləşən İranın Kəşfiyyat Nazirliyinin binası da bir neçə raketlə hücuma məruz qalıb.

İtkilər və ya dəymiş zərər barədə hələlik rəsmi məlumat verilməyib. /Oxu.az/


MANŞET XƏBƏRLƏRİ