Ermənistan rus hərbçiləri Türkiyə ilə sərhəddən çıxardı


Ermənistan sərhədçiləri Türkiyə ilə sərhəddəki “Axurik” keçid məntəqəsində Rusiya qoşunlarını əvəz ediblər.

Turkustan.az xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabineti tərəfindən qəbul edilmiş 2021-2026-cı illər üçün hökumət proqramının icrası ilə bağlı hesabatda bildirilib.

Mətndə deyilir ki, 1 mart 2025-ci il tarixindən etibarən Türkiyə ilə sərhəddəki “Marqara” keçid məntəqəsi yalnız Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları tərəfindən idarə olunur.

"2026-cı ilin əvvəlindən etibarən “Axurik” keçid məntəqəsi də yalnız Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarının şəxsi heyəti tərəfindən idarə olunacaq. Hazırda sərhəddə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarının tam nəzarəti altında olmayan aktiv keçid məntəqəsi yoxdur", - deyə hesabatda bildirilir. /axar.az/


MANŞET XƏBƏRLƏRİ