Polşada Epşteyn işi ilə bağlı araşdırma qrupu yaradıldı


Polşada, ABŞ-da yetkinlik yaşına çatmayan qızları hədəf alan fahişəlik şəbəkəsi idarə etdiyi iddiası ilə mühakimə olunarkən həbsxanada vəfat edən milyarder Ceffri Epşteynlə bağlı sənədlərin son hissəsindəki məlumatların açıqlanmasından sonra, yetkinlik yaşına çatmayanların cinsi istismara necə cəlb edildiyini araşdırmaq üçün rəsmi olaraq bir qrup yaradılıb.

Turkustan.az xəbər verir ki, Polşanın ictimai yayımçısı TVP World-ün məlumatına görə, ABŞ Ədliyyə Nazirliyinin açıqladığı sənədlərdə aşkarlanan yazışmalar göstərir ki, Epşteyn və onun şəbəkəsi Polşanı və qonşu ölkələri gənc qızların ov yeri kimi görür.

Polşa hakimiyyəti indiyə qədər ölkənin Epşteynin fəaliyyətindəki rolunu araşdırmaq üçün iki qrup yaradıb. Ədliyyə naziri Valdemar Zürekin rəhbərlik etdiyi təhlil qrupu təxminən 3 milyon sənəddən ibarət son sənədləri araşdıracaq, prokurorlar qrupu isə mümkün cinayətlərin sübutlarını axtaracaq.

Polşa Ədliyyə Nazirliyi yazılı açıqlamasında təhlil qrupunun rəsmi olaraq yaradıldığını və ABŞ hakimiyyət orqanlarından bütün məxfi sənədləri müvafiq rəsmilərlə paylaşmalarını istəyəcəyini təsdiqləyib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ