Dünyanın ən varlı 65-ci adamı azərbaycanlıdır


Azərbaycan əsilli rusiyalı biznesmen, "Lukoil" şirkətinin təsisçisi Vahid Ələkbərov dünyanın ən varlı insanları siyahısında 65-ci pillədə qərarlaşıb.

Turkustan.az "Forbes"a istinadən xəbər verir ki, 31,8 milyard dollar şəxsi sərvəti olan iş adamı 2025-ci illə müqayisədə sərvətini 3,1 milyard dollar artırıb.

Xatırladaq ki, 75 yaşlı Vahid Ələkbərov Azərbaycan Neft və Kimya İnstitutunu (indiki ADNSU) bitirib. /modern.az/


MANŞET XƏBƏRLƏRİ