İranda telefon istifadəçilərinə göndərilən kütləvi SMS-lərin haker hücumu nəticəsində yayıldığı məlum olub.
Turkustan.az xəbər verir ki, İranın yarı-rəsmi Fars Xəbər Agentliyinin məlumatına görə, bir neçə mobil istifadəçi gündüz saatlarında naməlum nömrədən ABŞ prezidenti Donald Tramp haqqında mesajlar alıb.
Məlumata əsasən, kütləvi reklam mesajlarının göndərilməsi üçün istifadə olunan sistem haker hücumuna məruz qalıb. Nəticədə “ABŞ prezidenti əməli insandır. Gözləyək görək” məzmunlu SMS təxminən 50 min abunəçiyə göndərilib.
Donald Tramp son açıqlamasında bildirib ki, əgər razılaşma əldə olunmasa, bu, İran üçün “çox pis bir gün” olacaq. O, İranla mümkün müharibə barədə yayılan məlumatların yalan və qərəzli olduğunu desə də, razılaşmanın tərəfdarı olduğunu vurğulayıb: “Mən razılaşmanın əldə olunmasını istərdim. Amma razılaşma olmazsa, bu, həmin ölkə üçün çox pis bir gün olacaq.”
Aytən Yaşar/ Turkustan.az