Cənubi Koreyanın keçmiş prezidenti Yun Suk Yeol 2024-cü ilin dekabrında hərbi vəziyyət elan edildikdən sonra "üsyana rəhbərlik etmək" ittihamı ilə ömürlük həbs cəzasına qarşı rəsmi olaraq apelyasiya şikayəti verib.
Turkustan.az xəbər verir ki, Yonhap xəbər agentliyinin məlumatına görə, Seul Mərkəzi Rayon Məhkəməsinin Yunla bağlı qərarından sonra keçmiş prezidentin vəkilləri qərardan apelyasiya şikayəti veriblər.
Yunun vəkilləri tərəfindən verilən açıqlamada, bu apelyasiyanın təkcə hüquqi bir addım deyil, həm də gələcək nəsillərə ötürüləcək qeydlərin dəqiqliyini qorumaq məsuliyyəti olduğu iddia edildi.
Vəkillər xüsusi prokurorun ittiham aktını həddindən artıq uydurma adlandıraraq, birinci instansiya məhkəməsinin bu iddialara əsaslanan qərarının ziddiyyətlərlə dolu və siyasi motivli olduğunu iddia etdilər.
Aytən Yaşar/ Turkustan.az