Microsoft-un həmtəsisçisi və keçmiş baş direktoru Bill Geyts, onu Ceffri Epşteynlə əlaqələndirən iddiaların yenidən ortaya çıxmasından sonra Hindistanda keçirilən süni intellekt sammitindəki açılış nitqini ləğv edib.
Turkustan.az xəbər verir ki, Bill Qeyts bu gün Hindistanda süni intellekt sammitindəki açılış nitqini ləğv etdi. Bu,ABŞ-da yetkinlik yaşına çatmayan qızları hədəf alan fahişəlik şəbəkəsi idarə etməkdə ittiham olunaraq həbsxanada vəfat edən milyarder Ceffri Epşteynlə əlaqələri ilə bağlı yenilənmiş istintaqlar fonunda baş verdi.
Bill və Melinda Qeyts Fondu Qeytsin planlaşdırılan çıxışından bir neçə saat əvvəl elan etdi ki, "Diqqətlə nəzərdən keçirildikdən və diqqətin süni intellekt sammitinin əsas prioritetlərinə yönəldilməsini təmin etmək üçün Bill Qeyts açılış nitqi ilə çıxış etməyəcək". Ləğv edilmə səbəbi izah edilməyib.
Aytən Yaşar/ Turkustan.az