Donald Tramp administrasiyası İrana qarşı mümkün hərbi əməliyyatlara hazırlaşır və orduya mümkün risk altında hücum əmri verilib.
Turkustan.az xəbər verir ki, bu barədə “The Washington Post” (WP) ABŞ rəsmilərinə istinadən məlumat yayıb.
Nəşrin yazdığına görə, Pentaqon mümkün hərbi itkilər və ABŞ-ın uzunmüddətli müharibəyə cəlb olunması riskinə baxmayaraq, Yaxın Şərqdə zərbə qüvvələrini yerləşdirməyə başlayıb. Qəzetin mənbələri bildiriblər ki, hücum yaxın günlərdə baş verə bilər.
ABŞ-ın keçmiş diplomatı və Yaxın Şərq üzrə tədqiqatçı Daniel Şapiro nəşrə açıqlamasında qeyd edib ki, ABŞ və İsrailin mümkün birgə zərbələri İrana ciddi ziyan vura bilər. Bununla belə, o vurğulayıb ki, İran ordusu cavab vermək imkanına malikdir.
“Bu, onun tez və ya ağrısız olacağı anlamına gəlmir, İranın cavab vermək qabiliyyəti var”, – deyə ekspert bildirib. /Globalinfo.az/