Aİ Ukrayna ilə üzvlük danışıqlarına ən qısa müddətdə başlayacaq


Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Antonio Kosta namizəd ölkə Ukrayna ilə üzvlük danışıqlarına mümkün qədər tez başlamağa ümid etdiyini bildirib.

Turkustan.az xəbər verir ki, Kosta bu açıqlamanı Norveçin paytaxtı Osloda Baş nazir Jonas Gar Store ilə görüşdükdən sonra mətbuata verib.

Ukraynadakı vəziyyətə toxunan Kosta dedi: "Biz danışıqlara mümkün qədər tez rəsmi olaraq başlamaq və genişlənmə prosesində irəliləyiş əldə etmək istəyirik".

Kosta qeyri-müəyyənlikləri etiraf edərək dedi: "Bunun 2027-ci ildə, 2026-cı ildə və ya daha sonra baş verəcəyini təsdiqləyə bilmərəm, amma impulsu qorumaq çox vacibdir".

Kosta davam edən müharibəyə baxmayaraq, Ukraynanın AB üzvlüyünə nail olmaq üçün lazımi islahatları həyata keçirdiyini vurğulayaraq, əldə edilən irəliləyişi "xüsusilə təsirli" adlandırıb.

Kosta, Macarıstan vetosunu aradan qaldırmaqla Ukraynanın Aİ üzvü olmasına imkan yaratmaq üçün son zamanlar müzakirə edilən "mərhələli üzvlük" məsələsi ilə bağlı bildirib ki, "Üzvlük üçün müəyyən edilmiş qaydalar mövcuddur. Namizəd ölkələr bu meyarlara, xüsusən də 1993-cü il Kopenhagen meyarlarında göstərilənlərə cavab verməlidirlər".

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ