Tramp: “Obama böyük səhvə yol verib” – UNO sənədləri açıqlanacaq


ABŞ prezidenti Donald Tramp müvafiq nazirliklərə və agentliklərə yadplanetlilər və "naməlum uçan obyektlər" (UNO) ilə əlaqəli sənədlərin müəyyən edilməsi və açıqlanması prosesinə başlamaq üçün göstəriş verəcəyini açıqladı.

Turkustan.az xəbər verir ki, Tramp Air Force One telekanalında jurnalistlərə keçmiş prezident Barak Obamanın podkast müsahibəsində "yadplanetlilər realdır" ifadəsi ilə bağlı şərh verib.

Tramp Obamanın "məxfi" məlumatları ötürdüyünü və "bunu etməməli olduğunu" iddia edərək, "O, böyük bir səhvə yol verib" dedi.

Tramp yadplanetlilərin gerçək olub-olmadığını bilmədiyini, bu məsələ ilə bağlı heç bir fikri olmadığını və heç vaxt danışmayacağını da əlavə edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ