Narkotiklə bağlı istintaq çərçivəsində saxlanılan Kaan Tangöze , Murat Dalkılıç, İsmayıl Hacıoğlu və Kamal Doğulu sərbəst buraxılıb.
Turkustan.az xəbər verir ki, İstanbul Baş Prokurorluğu tərəfindən məşhur şəxsiyyətləri hədəf alan narkotik istintaqı çərçivəsində 17 fevralda aktyor İsmayıl Hacıoğlu, sosial media fenomeni Kemal Doğulu, müğənnilər Murat Dalkılıç və Kaan Tangöze də daxil olmaqla 21 nəfər saxlanılıb.
Əməliyyatın ilk günündə saxlanılanlar narkotik testi üçün məhkəmə tibb müəssisəsinə göndəriliblər.
Dörd məşhur azadlığa buraxılarkən Barış Talay, Dilarə Kırmıt, Ramazan Bayar, Tolqa Kulakçı və Tolqa Sezgin həbsə göndərilib.
Bildirək ki, İstanbul Baş Prokurorluğu 17 fevralda məşhur şəxsiyyətləri hədəf alan yeni narkotik əməliyyatına başlayıb. Tanınmış ictimai xadimlər gecə yarısı evlərindən saxlanılıblar.
Aytən Yaşar/ Turkustan.az