Bakıda həbsdə olan ruslar kimlərlə dəyişdiriləcək?


Rusiya mediasından yeni iddialar, mübahisə doğuran şərhlər...

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Rusiya Azərbaycanla təmaslarında Rusiya vətəndaşlarının tez bir zamanda azad edilməsi və vətənlərinə qayıtması məsələsini mütəmadi olaraq müzakirə edir. "Biz dəfələrlə qeyd etmişik ki, Rusiya vətəndaşlarının tez bir zamanda azad edilməsi və vətənlərinə qayıtması bizim mütləq prioritetimizdir. Biz bu məsələni Azərbaycanlı tərəfdaşlarımızla ikitərəfli təmaslarda mütəmadi olaraq qaldırırıq və Bakının belə bir qərarı, şübhəsiz ki, ölkələrimiz arasında mehriban qonşuluq münasibətlərinin daha da möhkəmləndirilməsi istiqamətində mühüm addım olardı", - deyə o bildirib.

Onun sözlərinə görə, bu məsələ nazirliyin gündəliyindəki prioritet məsələlərdən biridir.

На фото: бывший лидер азербайджанской диаспоры на Урале Шахин Шыхлински перед началом рассмотрения уголовного дела

“Sverdlovsk vilayətində ağır cinayətlərdə ittiham olunan Azərbaycan diasporun (icma) üzvlərinin bu yaxınlarda ciddi həbs cəzaları verildi və bəziləri bunu dustaqların mübadiləyə hazırlığının əlaməti kimi şərh etdilər”. Musavat.com xəbər verir ki, bu barədə “Svobodnaya Pressa”(“SP”) yazıb.

Rusiya Federasiyası hökuməti yanında Maliyyə Universitetinin dosenti Vladimir Blinov SP-ya açıqlamasında həbs edilənlərin mübadiləsi haqda nəyisə proqnozlaşdırmaq çətindir: “Bu, çoxlu sayda böyük və kiçik nüansları əhatə edən diplomatiya məsələsidir. Buna görə də qəti bir şey demək çətindir. Digər bir məsələ isə Azərbaycanın rusları saxlamaqda obyektiv marağının olmamasıdır. Buna görə də, onların həbsdən azad ediləcəyinə ümid var. İstintaq altında olan və ya hətta başqa ölkədə məhkum edilmiş vətəndaşların təhvil verilməsi məsələsinin son dərəcə soyuq münasibətlər fonunda baş verdiyi çoxsaylı nümunələr var. Lakin bu halda, ən azı nisbi "ərimə" başlayandan sonra Bakı ilə Moskva arasındakı münasibətlərdə belə bir addımın atılması ehtimalı yüksəkdir.

Picture backgroundPolitoloq Mixail Neyjmakov xatırladıb ki, 2025-ci ilin yayında Rusiya vətəndaşlarının Bakıda saxlanılması Moskva ilə münasibətlərin kəskin şəkildə soyuması fonunda baş verib: “Əgər mübadilə baş verərsə, bu, eyni anda bir neçə şəxsə təsir edən qərar kimi görünəcək. Baxmayaraq ki, çox güman ki, hər iki tərəf üçün ən əhəmiyyətli şəxslər ayrıca müzakirə oluna bilər”.

Nəşrin “Rusiyanın dostları Azərbaycanda casusluqda ittiham olunaraq(?!-Musavat.com) uzun müddətə həbsdədirlər. Bununla bağlı nə edə bilərik” sualına politoloq belə cavab verib: “Xarici İşlər Nazirliyinin şərhlərində yalnız 2025-ci ilin yayında saxlanılanlarla bağlı danışıqlardan bəhs olunur. Əlbəttə ki, bu o demək deyil ki, bu cür məsləhətləşmələrdə digər şəxslərin adı çəkilə bilməz. Lakin yaxın gələcəkdə Bakının bu ölkədə həbsdə olan Azərbaycan vətəndaşlarını razılaşmaların bir hissəsi kimi əfv etməsi ehtimalı azdır”.

Politoloq sonda deyib ki, Bakı Rusiya ilə iqtisadi əlaqələrdə maraqlı olaraq qalır: “Bundan əlavə, Ermənistandakı parlament seçkilərinin nəticəsindən çox şey asılı olacaq. Güman etmək olar ki, Moskva ilə Bakı arasındakı münasibətlər 2026-cı ilin birinci yarısında, o cümlədən Ermənistanda parlament seçkiləri kampaniyasının faktiki olaraq başlaması fonunda qeyri-sabit qalacaq və bu dövrdə qısamüddətli "ərimə"lər də ehtimal olunur”./Musavat.com


MANŞET XƏBƏRLƏRİ