Qəzza Sülh Komitəsi bu gün toplanacaq


ABŞ Prezidenti Tramp tərəfindən elan edilən Qəzza Sülh Komitəsinin ilk iclası bu gün keçiriləcək. 20-dən çox ölkə iştirak edəcək və Türkiyəni xarici işlər naziri Fidan təmsil edəcək.

Turkustan.az xəbər verir ki, Ağ Ev sözçüsü Qəzza Sülh Komitəsi ilə bağlı şərh verərək bildirib ki, iştirakçı ölkələrin vəd etdiyi 5 milyard dollarlıq büdcə regionun yenidən qurulması üçün istifadə olunacaq.

ABŞ Prezidenti Donald Trampın yeni elan etdiyi Qəzza Sülh Komitəsi bu gün ilk dəfə toplanacaq. Xarici işlər naziri Hakan Fidan Qəzza üçün yaradılan Sülh Komitəsinin açılış iclasında iştirak edəcək.

Ağ Evin sözçüsü Karolin Livitt Vaşinqtonda keçiriləcək Qəzza Sülh Komitəsinin üzv ölkələrinin iclası ilə bağlı açıqlamalar verib.

Qəzza Sülh Komitəsinin üzv ölkələri vəd etdikləri 5 milyard dollarlıq büdcənin bölgənin yenidən qurulması üçün istifadə olunacağını və büdcənin idarə olunmasına Sülh Komitəsinin cavabdeh olacağını bildiriblər.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ