Epşteynin Nyu-Yorkdakı evinin təhlükəsizliyini İsrail qoruyub?


Epşteynin Nyu-Yorka səfərləri zamanı qaldığı mənzildəki təhlükəsizlik sistemlərinin İsrail hökuməti tərəfindən quraşdırıldığı iddia edilir.

Turkustan.az xəbər verir ki, ABŞ-da yetkinlik yaşına çatmayan qızları hədəf alan fahişəlik şəbəkəsi idarə etməkdə ittiham olunaraq həbsxanada vəfat edən milyarder Ceffri Epşteynin yaşadığı Nyu-York mənzil binasındakı təhlükəsizlik sisteminin İsrail hökuməti tərəfindən qurulduğu iddia edilir.

Qeyri-kommersiya xəbər saytı Drop Site News iddia edir ki, ABŞ Ədliyyə Nazirliyi tərəfindən bu yaxınlarda dərc edilən bir sıra elektron poçtlara görə, Epşteynin Nyu-Yorka səfərləri zamanı qaldığı mənzildəki təhlükəsizlik sistemləri İsrail hökuməti tərəfindən quraşdırılıb.

Veb saytın hesabatında bildirilir ki, sözügedən təhlükəsizlik avadanlığı 2016-cı ilin əvvəllərində Manhettendəki 301 nömrəli 66-cı küçədə quraşdırılmağa başlayıb. Bu binaya İsrailin keçmiş baş naziri Ehud Barak tez-tez baş çəkirdi.

Hesabatda bildirilir ki, nazirlik tərəfindən paylaşılan elektron poçt yazışmaları göstərir ki, Epstein avadanlığın quraşdırılmasını şəxsən təsdiqləyib və işçiləri ilə İsrail təhlükəsizlik rəsmiləri arasında görüşlərin keçirilməsinə icazə verib.

Məlumata görə, elektron poçtlarda Ehud Barakın yaşadığı mənzildə təhlükəsizlik işlərinin ən azı iki ildir davam etdiyi və İsrailin Birləşmiş Millətlər Təşkilatındakı Daimi Nümayəndəliyinin rəsmilərinin təhlükəsizlik məsələləri ilə bağlı Epşteynin işçiləri ilə müntəzəm olaraq yazışdığı aşkar edilib.

Özlərini "neytral və hakimiyyətə qarşı" adlandıran veb sayt həmçinin binadakı mənzillərin tez-tez Epstein ilə əlaqəli insanlara kirayəyə verildiyini və yetkinlik yaşına çatmayan modellərin saxlanılması üçün istifadə edildiyini bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ