Avropa Birliyi (AB) Komissiyasının Xarici İşlər üzrə sözçüsü El Anouni ABŞ-ın Rusiya-Ukrayna müharibəsinə son qoymaq səylərini alqışladıqlarını bildirib və əlavə edib ki, "Ukrayna ilə bağlı heç bir qərar Avropanın iştirakı olmadan qəbul edilə bilməz".
Turkustan.az xəbər verir ki, Anuar El Anouni Brüsseldə keçirilən gündəlik mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
17-18 fevral tarixlərində Cenevrədə keçirilən ABŞ-Rusiya-Ukrayna danışıqlarına toxunan Əl-Anuni, ABŞ-ın danışıqları asanlaşdırmaq səylərini alqışladıqlarını qeyd etdi və beynəlxalq sərhədlərin güc yolu ilə dəyişdirilməməli olduğunu bildirdi.
Əl-Anuni, Ukraynadan fərqli olaraq, Rusiyadan konkret sülh əlamətləri görmədiklərini iddia edərək əlavə etdi: "AB və onun üzv dövlətləri olaraq, sülh danışıqlarına və təhlükəsizlik zəmanətlərinə daha çox töhfə verməyə hazırıq".
ABŞ, Ukrayna və Rusiya arasında üçtərəfli danışıqlar formatından razı qalıb-qanatmadığı soruşulduqda, El Anouni belə cavab verdi: "Ukrayna ilə bağlı heç bir qərar Avropanın iştirakı olmadan qəbul edilə bilməz. Düşünürəm ki, bu, olduqca aydındır".
Aytən Yaşar/ Turkustan.az