Rodrigez: Venesuelanın prezidenti mənəm!


Venesuelanın müvəqqəti prezidenti Delsi Rodrigez ölkənin ABŞ tərəfindən idarə olunduğu iddialarına cavab olaraq, "Konstitusiyada açıq şəkildə göstərildiyi kimi, mən Venesuela Respublikasının başçısıyam" dedi.

Turkustan.az xəbər verir ki, öz ölkəsində NBC News-a danışan Rodrigez Venesuela Konstitusiyasına əsasən, müvəqqəti prezident rolunu öz üzərinə götürdüyünü bildirib.

Venesuelanın ABŞ tərəfindən idarə olunduğu iddiası ilə bağlı suala Rodrigez belə cavab verib: "Sizə deyə bilərəm ki, Konstitusiyada açıq şəkildə göstərildiyi kimi, Venesuela Respublikasının başında mən dayanıram. Deyə bilərəm ki, bu, çox, çox çətin bir işdir, çünki mən çox məşğulam və biz bunu hər gün addım-addım həyata keçiririk."

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ