Əraqçi: Netanyahunun ağlında müharibədən başqa seçim yoxdur!


İranın xarici işlər naziri Abbas Əraqçi İsrailin Baş naziri Benyamin Netanyahunun “müharibədən başqa seçimi olmadığını” iddia edib.

Turkustan.az xəbər verir ki, Əraqçi “Russia Today” (RT) telekanalına müsahibəsində bildirib ki, Netanyahu ABŞ-ı İranla müharibəyə sürükləmək üçün bütün vasitələrdən istifadə edib: “O, buna nail olanda fəlakət baş verdi və sonda məğlub oldular. Əgər eyni uğursuz ssenarini yenidən sınasalar, nəticə dəyişməyəcək”.

Nazir müsahibə zamanı ABŞ ilə davam edən danışıqlara da münasibət bildirib.

İsrailin Baş naziri Benyamin Netanyahunun ABŞ Prezidenti Donald Trampla təcili görüşünü “danışıqların yaxşı getdiyinin göstəricisi” kimi qiymətləndirməsinə cavab verən Əraqçi deyib: “Onun sülhü sevmədiyi və müharibə tərəfdarı olduğu çox aydındır. Təkcə son iki ildə o, bölgəmizdə yeddi ölkəyə hücum edib. Sonuncu hücum Qətərə qarşı olub. Halbuki Qətər ABŞ-ın müttəfiqi və Qərblə yaxın münasibətləri olan ölkədir. Buna görə də Netanyahunun ağlında müharibədən başqa seçim yoxdur”.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ