İraq Suriyadan 2250 İŞİD üzvünü qəbul etdi


İraq Suriyadan 2250 İŞİD üzvünü qəbul etdiyini və onlara qarşı məhkəmə təsnifat prosesinin başlandığını açıqladı.

Turkustan.az xəbər verir ki, İraq Təhlükəsizlik Media Qrupunun rəhbəri general-leytenant Saad Maan İraqın rəsmi xəbər agentliyi INA-ya verdiyi açıqlamada bildirib ki, İraq quru və hava yolları vasitəsilə Suriyadan 2250 İŞİD üzvünü qəbul edib .

Maan təhvil vermə prosesinin beynəlxalq koalisiya ilə koordinasiyalı şəkildə və İraq təhlükəsizlik qüvvələrinin intensiv səyləri ilə həyata keçirildiyini bildirib və əlavə edib ki, sözügedən şəxslər yüksək təhlükəsizlik mərkəzlərində saxlanılır.
Maan İraq hökumətinin və təhlükəsizlik qüvvələrinin bu rəqəmə hazır olduğunu vurğulayaraq, prosesin təkcə İraq üçün deyil, həm də qlobal təhlükəsizlik üçün vacib olduğunu əlavə etdi.

Maan bildirib ki, ekspert qrupları ələ keçirilən İŞİD üzvləri ilə bağlı ilkin araşdırmalara və risk səviyyəli təsnifat prosedurlarına başlayıb və ifadələr birbaşa məhkəmə nəzarəti altında alınır.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ