ABŞ Sakit okeanda narkotik daşıyan qayığa hücum etdi: 2 nəfər həlak oldu


ABŞ Cənub Komandanlığı (SOUTHCOM) Şərqi Sakit Okeanda narkotik daşımaqda şübhəli bilinən bir qayığa edilən hücum nəticəsində iki nəfərin öldüyünü açıqladı.

Turkustan.az xəbər verir ki, ABŞ ordusu Şərqi Sakit Okeanda narkotik daşımaqda şübhəli bilinən qayıqları hədəf almağa davam edir. ABŞ Cənub Komandanlığının (SOUTHCOM) sosial mediada yayımladığı açıqlamada deyilir ki, SOUTHCOM komandanı general Francis L. Donovanın əmri ilə terror təşkilatı kimi müəyyən edilmiş bir qrup tərəfindən idarə olunan qayığa ölümcül zərbə endirilib.

Kəşfiyyat mənbələri qayığın məlum narkotik qaçaqmalçılığı marşrutu boyunca hərəkət etdiyini və narkotik qaçaqmalçılığı əməliyyatlarında iştirak etdiyini təsdiqləyib. Hücum nəticəsində gəmidə olan iki nəfər həlak olub.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ