Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev beynəlxalq təhlükəsizlik mühitində qlobal gərginliyin təhlükəli həddə çatdığını bildirib.
Turkustan.az xəbər verir ki, o qeyd edib ki, “təəssüf ki, qlobal münaqişə ehtimalını istisna etmək olmaz; təhlükə çox böyükdür və azalmır”.
TASS xəbər agentliyinə verdiyi müsahibədə Medvedev ABŞ ilə əlaqələrin son dövrlərdə müəyyən dərəcədə bərpa olunmasını müsbət qiymətləndirdiklərini vurğulasa da, ümumi təhlükəsizlik vəziyyətinin hələ də son dərəcə riskli olduğunu diqqətə çatdırıb.
Medvedev “Qiyamət saatı”na istinad edərək bildirib ki, təhlükə göstəriciləri geriyə deyil, irəliyə doğru hərəkət edir: “O məşhur saatın siferblatındakı əqrəblər geri çəkilmir, əksinə daim irəliləyir”.
Mümkün dünya müharibəsi ssenarisi ilə bağlı suala cavab verən Medvedev Rusiyanın qlobal münaqişənin tərəfdarı olmadığını qeyd edib, lakin risklərin artmaqda olduğu barədə xəbərdarlıq edib.
O, həmçinin Rusiyanın əvvəllər Qərbi NATO-nun genişlənməsi və Ukraynanın alyansa üzvlüyü məsələsində dəfələrlə xəbərdar etdiyini xatırladaraq, bu çağırışların nəzərə alınmadığını bildirib. Medvedev vurğulayıb ki, mövcud vəziyyətdə qlobal münaqişə ehtimalı real olaraq qalır və təhlükə səviyyəsi azalmır.
Aytən Yaşar/ Turkustan.az