Rusiya: Dondurulmuş aktivlərimizi geri almaq üçün mübarizəmiz davam edəcək


Kremlin sözçüsü Dmitri Peskov Rusiyanın Qərbdə dondurulmuş aktivlərini geri almaq üçün mübarizəni davam etdirəcəyini bildirib.

Turkustan.az xəbər verir ki, o vurğulayıb ki, “aktivlərimiz qanunsuz olaraq dondurulub və bu, bizim üçün qəbuledilməzdir”.

Peskov Moskvada jurnalistlərə açıqlamasında cari məsələlərə toxunub. O qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putin ABŞ-da dondurulmuş Rusiya aktivlərindən 1 milyard dolların Qəzza üçün yaradılmış Sülh Komissiyasına yönəldilməsini təklif edib. Peskov əlavə edib: “Bunun hüquqi mexanizmi hələlik aydın deyil və müzakirə olunmalıdır. Aktivlərə qoyulan məhdudiyyətlər aradan qaldırılmalıdır. Təbii ki, bu, ABŞ-ın müəyyən addımlar atmasını tələb edəcək”.

Kremlin sözçüsü Putinin bu məsələni Fələstin Prezidenti Mahmud Abbasla da müzakirə edəcəyini bildirib və əlavə edib ki, bu addım Rusiyanın dondurulmuş aktivlərini geri almaq niyyətindən vaz keçdiyi anlamına gəlmir.

“Biz hər halda mübarizəmizi və hüquqlarımızı müdafiə etməyə davam edəcəyik. Aktivlərimiz qanunsuz olaraq dondurulub və bu, bizim üçün qəbuledilməzdir. Onların üzərindəki məhdudiyyətlərin aradan qaldırılması üçün bütün mümkün vasitələrdən istifadə edəcəyik. Prezident Putinin də bildirdiyi kimi, aktivlərimizin 1 milyard dollarının Fələstinin yenidən qurulması məqsədilə Sülh Komissiyası vasitəsilə istifadə olunması təklif edilir”, – deyə Peskov vurğulayıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ