Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ-ın Qrenlandiya məsələsində Avropanı dinləməli olduğunu bildirib.
Turkustan.az xəbər verir ki, Ukrayna mediasının məlumatına görə, Zelenski sosial media vasitəsilə jurnalistlərin Ukrayna və dünya hadisələri ilə bağlı suallarını cavablandırıb.
ABŞ Prezidenti Donald Trampın ölkəsinin "milli təhlükəsizlik məqsədləri üçün Qrenlandiyaya ehtiyacı var" açıqlamalarına münasibət bildirən Zelenski Danimarkanın suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşdıqlarını bildirib.
Zelenski məsələyə toxunaraq ABŞ-ın Avropanı dinləməli olduğunu bildirib: "Mən həqiqətən istəyirəm ki, ABŞ Avropanı, xüsusən də diplomatiya yolu ilə dinləsin. Düşünürəm ki, hər şey bu istiqamətdə inkişaf edəcək və həqiqətən inanıram ki, bu, böyük bir təhlükə olmayacaq".
Ukraynanın Danimarkanın Baş naziri Mette Frederiksen ilə güclü münasibətlərinin olduğunu vurğulayan Zelenski, Danimarka tərəfinin Qrenlandiyaya qoşun göndərilməsi ilə bağlı Kiyevə heç bir müraciət etmədiyini bildirib.
Prezident Zelenski Ukrayna ordusunun Rusiyaya qarşı mübarizədə ön cəbhədə olduğunu vurğulayıb.
Aytən Yaşar/ Turkustan.az