ABŞ prezidenti Donald Tramp İran, Venesuela, Qrenlandiya və Ukraynadakı hadisələrlə bağlı qısa açıqlamalar verib.
Turkustan.az xəbər verir ki, Ağ Evə qayıtdıqdan sonra Tramp jurnalistlərin Air Force One təyyarəsindəki beynəlxalq inkişaflarla bağlı suallarını cavablandırdı.
ABŞ prezidenti Tramp İranın "qırmızı xətti keçməyə başladığını" və Tehran rejiminə qarşı "nə vaxt, harada və ya necə" hərəkət edəcəkləri barədə şərh verməyəcəyini bildirib.
İrandakı etirazlarla bağlı "saatlıq" hesabatlar aldığını bildirən Tramp, İran liderləri haqqında "Onlar lider deyillər. Onlar zorakılıqla idarə edirlər. Biz buna çox ciddi yanaşırıq. Ordu da bunu araşdırır və masada çox güclü seçimlərimiz var" dedi.
Aytən Yaşar/ Turkustan.az