Venesuela hökuməti ABŞ ilə diplomatik münasibətlərin bərpasına yönəlmiş dialoq kanallarının yenidən açıldığını açıqladı.
Turkustan.az xəbər verir ki, Xarici İşlər Nazirliyinin saytında dərc olunmuş bəyanatda Bolivar hökumətinin sülh diplomatiyasına sadiqliyi vurğulanıb.
Bəyanatda bildirilir ki, Venesuela hökuməti iki ölkə arasında diplomatik münasibətləri bərpa etmək məqsədi ilə ABŞ ilə dialoq kanallarını yenidən açıb.
Bəyanatda ABŞ-ın hərbi müdaxiləsi nəticəsində çoxsaylı vətənpərvərlərin həyatını itirdiyi və bunun beynəlxalq hüququ açıq şəkildə pozduğu qeyd olunur və aşağıdakılar əlavə olunur:
"Venesuela bu hücuma diplomatik yollarla cavab verəcək. Biz inanırıq ki, Bolivar Sülh Diplomatiyası suverenliyin qorunması, beynəlxalq hüququn bərpası və sülhün qorunması üçün qanuni yoldur. Bu proses Prezidentə və onun həyat yoldaşına hücumun və qaçırılmanın nəticələrini aradan qaldırmağı və qarşılıqlı maraq doğuran iş gündəliyini qiymətləndirməyi hədəfləyir".
Aytən Yaşar/ Turkustan.az