ABŞ prezidenti Donald Tramp neft şirkətlərinin Venesuelada lazımi gücün və infrastrukturun qurulması üçün ən azı 100 milyard dollar xərcləyəcəklərini bildirib və ABŞ-ın onların təhlükəsizliyinə zəmanət verəcəyini əlavə edib.
Turkustan.az xəbər verir ki, ABŞ-ın Venesuelaya hərbi müdaxiləsindən sonra Tramp ölkənin neft sənayesinə investisiya imkanlarını müzakirə etmək üçün Ağ Evdə ABŞ neft şirkətlərinin yüksək vəzifəli rəhbərləri ilə görüşdü.
Görüşdə Chevron, ExxonMobil, ConocoPhillips, Continental, Halliburton, HKN, Valero, Marathon, Shell, Trafigura, Vitol Americas, Repsol, Eni, Aspect Holdings, Tallgrass, Raisa Energy və Hilcorp şirkətlərinin rəhbərləri, eləcə də ABŞ-ın vitse-prezidenti JD Vance, dövlət katibi Marko Rubio və enerji katibi Kris Rayt iştirak edib.
Tramp çıxışında bildirib ki, onlar Amerika şirkətlərinin Venesuelanın dağıdılmış neft sənayesini sürətlə bərpa etməyə necə kömək edə biləcəklərini və milyonlarla barel neft hasilatının ABŞ, Venesuela xalqı və bütün dünya üçün fayda verəcək şəkildə necə təmin edilə biləcəyini müzakirə edəcəklər.
Aytən Yaşar/ Turkustan.az