YPG Hələbdən qovulur! Sərhəddən ilk görüntülər gəldi


Suriya Müdafiə Nazirliyi YPG/SDG terror təşkilatına Hələbi səhər saat 3:00 ilə səhər saat 9:00 arasında tərk etmək üçün vaxt verildiyini və bu saatlarda atəşkəsin qüvvədə olacağını açıqladı.

Turkustan.az xəbər verir ki, nazirliyin açıqlamasında YPG/SDG terror təşkilatına mənsub olan sözügedən məhəllələrdəki "silahlı qrupların" saat 09:00-a qədər ərazini tərk etməli olduğu və Suriya ordusunun terror təşkilatına verdiyi son tarixin rəsmi olaraq başa çatdığı bildirilib.

Dünən gecədən etibarən qüvvədə olan atəşkəsdən sonra Dəməşq hökuməti YPG/SDG terror qruplaşması üzvlərinin Hələbdən təxliyəsinə başlayıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ