Tramp böyük müharibəyə hazırlaşır – Karlson


“ABŞ Prezidenti Donald Trampın müdafiə büdcəsini 2027-ci ildə 1,5 trilyon dollara çatdırmaq qərarı ölkənin yeni bir dünya müharibəsinə hazırlaşdığını göstərir”.

Turkustan.az xəbər verir ki, bunu jurnalist Taker Karlson X sosial media hesabında yazıb.

“Tramp dünən ölkənin 2027-ci il üçün hərbi büdcəsinin 1 trilyon dollar deyil, 1,5 trilyon dollar olması lazım olduğunu açıqladı. O, bu nəticəyə senatorlar, Konqres üzvləri, kabinet nazirləri və digər siyasi nümayəndələrlə uzun və çətin danışıqlardan sonra gəldiyini söylədi.

Bu cür büdcə qlobal və ya regional müharibəyə hazırlaşan bir ölkə üçün tipikdir. Aydındır ki, biz bu istiqamətdə, dünya müharibəsinə doğru irəliləyirik”, – deyə o qeyd edib.

Jurnalist ABŞ müdafiə büdcəsinin artırılması üçün başqa səbəblərin olmadığını deyib.

O, bütün əlamətlərin çox tezliklə “böyük müharibənin” başlayacağına işarə etdiyini vurğulayıb. /Globalinfo.az/


MANŞET XƏBƏRLƏRİ