ABŞ prezidenti Donald Tramp Venesuelanın müvəqqəti hökumətinin ABŞ-a 30-50 milyon barel neft tədarük edəcəyini bildirib.
Turkustan.az xəbər verir ki, Tramp bu barədə ABŞ-da yerləşən Truth Social şirkətinin sosial media hesabı vasitəsilə açıqlama verib.
ABŞ prezidenti Tramp bildirib ki, Venesuelada prezident Nikolas Maduronun həbsi ilə nəticələnən hərbi müdaxilədən sonra qurulan müvəqqəti hökumət ABŞ-a 30-50 milyon barel neft tədarük edəcək.
Tramp sözügedən neftin bazar qiymətinə satılacağını və pulun "Amerika Birləşmiş Ştatları Prezidenti kimi onun nəzarəti altında olacağını" bildirərək, "beləliklə, pulun həm Venesuela xalqının, həm də Amerika xalqının xeyrinə istifadə ediləcəyini" vurğulayıb.
Aytən Yaşar/ Turkustan.az