O, Venesuela prezidenti olmayacaq: Tramp Nobelin qisasını alıb?


ABŞ prezidenti Donald Tramp müxalif siyasətçi Mariya Korina Maçadanı Venesuelanın növbəti prezidenti kimi dəstəkləməyib. Səbəb isə onun Nobel Sülh Mükafatını qazanmasıdır.

Turkustan.az xəbər verir ki, bu barədə "The Washington Post" Ağ Evə yaxın iki mənbəyə istinadən məlumat yayıb.

Nəşrin mənbəsinə görə, Maçado sonda mükafatı Trampa həsr etdiyini bildirsə də, mükafatı qəbul etməyə razılaşması özü "ölümcül günah"a çevrilib.

"Əgər o, imtina edib "Mən bunu qəbul edə bilmərəm, çünki bu, Donald Trampa məxsusdur" desəydi, bu gün Venesuela prezidenti ola bilərdi", - deyə mənbə əlavə edib.

Xatırladaq ki, Tramp əvvəllər Maçadonun Venesuelaya rəhbərlik edə bilməyəcəyi barədə fikirlərini bildirmişdi. "Onun lider olması çətin olacaq, çünki ölkə daxilində dəstək və hörmətə malik deyil. O, çox gözəl bir qadındır, amma ona hörmət edilmir", - deyə Tramp deyib.

Qeyd edək ki, Maçado 2025-ci ildə "Venesuela xalqı üçün demokratik dəyərləri təşviq etmək üçün yorulmaz işinə və diktaturadan demokratiyaya ədalətli və dinc keçid uğrunda mübarizəsinə görə" Nobel Sülh Mükafatı alıb./publika.az


MANŞET XƏBƏRLƏRİ